Qusarda 16 yaşlı Nizami Rəhimxanovun cəsədi tapılıb. Bu barədə ShimalNews 26 iyul tarixində məlumat verir.
Hadisə Samur-Abşeron su kanalının Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib. Meyit isə 70 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.