Qusar rayonunda uşaq kanala düşüb. Bu haqda ShimalNews 23 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə Samur-Abşeron kanalının Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib. Quruma 1 nəfərin kanalda batması barədə məlumat daxil olduqdan sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.