Qusar rayonu ərazisindəki mağazaların birindən pul oğurlanıb. Bu barədə ShimalNews 15 iyul tarixində DİN Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşları əməliyyat tədbiri keçiriblər. Nəticədə iyulun 14-də şəhər ərazisindəki mağazaların birindən 1000 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Q.Qaçayev saxlanılıb.
Araşdırma aparılır.