Qusarın icra başçısı Şair Alxasov Zindanmuruqqışlaq kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 9 iyun tarixində RİH-yə istinadən məlumat verir.
Görüşdə RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrin rəhbərləri də iştirak ediblər.
Sakinlər elektrik enerjisi ilə təmin olunmalarını, Langi-Kuzunqışlaq-Avaranqışlaq avtomobil yolunun yenidən qurulmasını, kənddə tibb məntəqəsinin inşasını xahiş ediblər.
Qaldırılan məsələlərin bir qisminə müvafiq izahat verilmiş, digərlərinin həlli aidiyyəti qurumlara tapşırılmışdır.