Qusarın icra başçısı Şair Alxasov Qutuğan kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 8 iyul tarixində RİH-yə istinadən məlumat verir.
Görüşdə RİHB Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak ediblər.
Sakinlər tərəfindən qaldırılan suallar dinlənilmiş, bir sıra məsələlərlə bağlı müvafiq izahat verilmiş, digərlərinin həlli üçün isə rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.