Qusarda güclü yağış və dolu sel ilə nəticələnib. Bu barədə ShimalNews 15 iyun tarixində məlumat verir.
Şahdağ yoluna və Urva və Çiləgir kəndlərindən keçən yola zərər dəyib. Təsərrüfatları və evləri su basıb. Digər yaşayış məntəqələrində də eyni hal təkrarlanıb.
Ərazidə fəsadları aradan qaldırmaq üçün müvafiq qurumların qüvvələri səfərbər edilib.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/06/shimal-video.mp4"][/video]