Qusarda “Gənclər Davamlı İnkişaf üçün-2” düşərgəsi keçirilib.
ShimalNews xəbər verir ki, tədbir Olimpiya İdman Kompleksində 100 gəncin iştirakı ilə təşkil edilib.
Düşərgənin məqsədi bura qatılanların inkişafını dəstəkləmək, ehtiyaclarını müəyyənləşdirərək fəaliyyətlər təşkil etmək, aktiv vətəndaşlığı təbliğ etmək, qərar qəbulu prosesində gənclərin rolunu artırmaq və sağlam düşüncəli, rəqabətə davamlı şəbəkə yaratmaqdır.