Qusar rayonunda ağaclar məhv edilib. Bu haqda ShimalNews 15 avqust tarixində məlumat verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Qalacıq kəndində nəzarət tədbirləri keçiriblər. Ağacların Şamil Cəbrayılov tərəfindən qanunsuz kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt tərtib olunub. Toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.