Qusar Peşə Liseyində yeni tədris ili üzrə tələbə qəbuluna start verilir. Bu barədə ShimalNews 1 avqust tarixində liseyin Facebook hesabına istinadən məlumat verir.
Peşə təhsili müəssisəsinə aşpaz, kompüterlərin təmiri və texniki xidmət üzrə usta, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru ixtisaslarına qəbul elan edilib. Burada təhsil 3 il davam edir.
Mehmanxana inzibatçısı, dərzi, bərbər-vizajist-manikürçü və bitkiçilik mütəxəssisi üzrə təhsil 1 il davam edir.
Adıçəkilən ixtisaslarda təhsil dövlət hesabınadır. Lakin mehmanxana inzibatçısı və dərzi ixtisasları üçün ödənişli əsaslarla da qəbul mövcuddur.
Kompüter sistem inzibatçısı üzrə təhsil 6 ay davam edir və ödənişli əsaslarla həyata keçirilir.