Qusarda "Narkomaniyaya qarşı Beynəlxalq Mübarizə günü"nə həsr olunan tədbir keçirilib. Bu haqda 27 iyun tarixində ShimalNews Gənclər və İdman idarəsinə istinadən məlumat verir.
"Biz sağlam həyat tərzini seçərək narkomaniyaya “yox” deyirik! adlı maarifləndirici tədbirdə Narkomaniya ilə Mübarizə Komissiyasının sədri, RİH-nin əməkdaşı Telman Kazımov, Polis şöbəsinin əməkdaşı polis leytenantı Tural Ələkbərzadə, Gənclər və İdman idarəsinin əməkdaşı Sevil Dəmirova iştirak ediblər.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.