Qusarda şagirdlərin əl işlərinin sərgisi keçirilib. Bu barədə ShimalNews 28 iyul tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Tədbir Heydər Əliyev Mərkəzində təşkil olunub. Ekspozisiyada Uşaq İncəsənət Festivalının (UİF) birinci mərhələsində uğur qazanan gənclərin rəsmləri təqdim olunub.
Sərgiyə Mərkəzi Kitabxananın əməkdaşları, festivalda iştirak edənlər və fəal gənclər cəlb olunublar.