Qusar rayonunda tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yer elan edilib. Bu haqda ShimalNews 15 avqust tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
Vakansiya İmamqulukənd kənd körpələr evi-uşaq bağçasında sosial məzuniyyət səbəbindən yaradılıb. İşə qəbul müsahibələrinə 2022-ci ildə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul ilə bağlı müsabiqənin test və müsahibə mərhələsində, eləcə də 2023-cü ildə müsabiqənin test mərhələsində uğur qazanmış şəxslər qatıla bilərlər.
Müraciət üçün avqustun 15-dən 19-dək qeydiyyatdan keçmək lazımdır. Link vasitəsilə ətraflı məlumat əldə etmək olar.