Qusarda su kanalında 1 nəfərin meyiti aşkarlanıb. Bu haqda 15 iyun tarixində ShimalNews Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Nazirliyin "112" qaynar telefon xəttinə Gündüzqala kəndində meyitin müşahidə olunması barədə məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə dalğıc-axtarış qrupu cəlb olunub.
Meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.