Qusar rayonunda batan şəxsin axtarışları davam edir. Bu haqda ShimalNews 25 iyul tarixində “Qafqazinfo”ya istinadən məlumat verir.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri tərəfindən 16 yaşlı Nizami Rəhimxanovun batdığı ehtimal edilən istiqamətlər üzrə axtarış əməliyyatları fasiləsiz olaraq aparılır. İntensiv düşən yağıntılar səbəbindən kanalda suyun axın sürətinin həddən artıq yüksək olması axtarış əməliyyatını çətinləşdirir.
İyulun 23-də Kuzunqışlaq kəndi ərazisində baş verən hadisə haqda məlumat vermişdik.