Qusarda daxili işlər naziri Vilayət Eyvazov sakinlərin qəbulunu keçirəcək. Bu barədə ShimalNews 29 iyul tarixində nazirliyə istinadən məlumat verir.
General-polkovnik Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri ilə avqust ayının 10-u görüşəcək. Qəbul Qusar Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar avqustun 9-dək yaşadıqları ərazinin polis orqanına, DİN-in mia.gov.az internet saytı vasitəsilə və ya sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələn sakinlərin şəxsiyyət vəsiqəsi tələb olunacaq.