Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi müsabiqə təşkil edib. Bu haqda ShimalNews 17 iyun tarixində adıçəkilən müəssisəyə istinadən xəbər verir.
Şərtlərə görə, sentyabrın 1-dək ən çox kitab oxuyanlar mükafatlandırılacaqlar. 1-ci yerə layiq görülənlərə təşəkkürnamə və xüsusi mükafat, 2 və 3-cü yerləri tutan kitabsevərlərə kitablar, təşəkkürnamə və hədiyyələr təqdim olunacaq.
Müsabiqənin məqsədi mütaliəyə marağı artırmaqdır.
Əlaqə nömrəsi (023) 385 35 83.