Qusarda Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinə həsr olunan tədbir keçirilib. Bu barədə ShimalNews 19 iyul tarixində Azərtac-a istinadən xəbər verir.
Tədbir Mahmud Əbilov adına meydanda təşkil olunub. Məşhur dramaturq Mirzə Fətəli Axundzadənin “Hekayəti-xırs-quldurbasan” adlı komediyası Qusar və onun qonaqları üçün nümayiş etdirilib. Eləcə də musiqili proqram təqdim olunub.