Qusarda yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 21 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Aşağı Ləgər kəndində ümumi sahəsi 32 kv.m olan tövlə və içərisindəki 3.4 ton ot bağlaması yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb edilib. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.