Qusarda narkotik tərkibli bitkilər məhv edilib. Bu haqda ShimalNews 31 iyul tarixində məlumat verir.
“Xaşxaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Zindanmuruq kəndində yabanı halda bitən 1 ton 410 kiloqram olan 824 ədəd çətənə kolu aşkar edilib. Bitkilər yandırılıb.