Qusarda avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 21 sürücü saxlanılıb. Bu haqda ShimalNews 15 avqust tarixində DİN-in Mətbuat xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində tutulan şəxslərdən 9-u narkotik təsiri altında, digər 12-si isə sərxoş vəziyyətdə olub. Həmçinin daha birinin sürücülük hüququ olmayıb.
Faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.