Bu gün Qubada daha 3 şəhidin qarşılanması və dəfn mərasimi baş tutacaq. Bu haqda ShimalNews 22 sentyabr tarixində məlumat verir.
Qarşılama mərasimi şəhərin girişində, Gənclər Parkının yanında olacaq:
- saat 09:30-da Səbətlər kəndindən olan şəhid Emral Həsənovun nəşi gətiriləcək. O, doğma kəndinin qəbiristanlığında dəfn olunacaq;
- saat 14:30-da Dağlıq kəndindən olan gizir İxtiyar Bayramovun nəşi gətiriləcək. O, Quba Şəhidlər xiyabanında dəfn olunacaq;
- saat 17:30-da Xucbala kəndindən olan Sənan Qəhrəmanovun nəşi gətiriləcək. O, Xucbala kənd qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət eləsin!