Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşları Qubada olublar. Bu barədə ShimalNews 28 iyul tarixində TƏBİB-yə istinadən məlumat verir.
24-27 iyul tarixlərində səfər çərçivəsində Mərkəzi Xəstəxana (RMX), Müalicə Diaqnostika Mərkəzi və Perinatal Mərkəzi ziyarət edilib, müəssisə rəhbərləri ilə yerində görüşlər keçirilib. Səfərin məqsədi xəstəxanalarda infeksiyaların profilaktikası və infeksion nəzarət (İPİN) işinin təşkilidir.
Quba və ətraf rayonlardan infeksion nəzarət üzrə məsul şəxslər ÜST-nin eksperti Can Hekimoğlu tərəfindən dəvət alıblar. Onlara “Əl gigiyenası” təlimi keçirilib. Daha sonra RMX nəzarət baxımından dəyərləndirilib, infeksion nəzarət üzrə məsul şəxslərə tövsiyələr verilib.