Quba şəhərində bir çox uşaqların əyləndiyi məkan baxımsız vəziyyətdədir. Bu barədə ShimalNews-a 11 iyul tarixində məlumat daxil olub.
Burada attraksionlar sıradan çıxıb, çəpərlərin daşları qırılıb, döşəmədə çökmə və qabarmalar əmələ gəlib.
Sakinlər bildirirlər ki, parkın Heydər Əliyev prospektində, şəhərin girişində yerləşməsi məsələnin həllinə heç bir təsir göstərmir. Müvafiq qurumlar parka xidmət göstərmir.
Bir il öncə parkın eyni təmirsiz vəziyyəti gündəmə gətirilmişdir.
[caption id="attachment_44327" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]
[caption id="attachment_44326" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]