Qubada 60 hektara yaxın sahədə torpaq sürüşməsi səbəbindən Şahdağ massivinə gedən yol bağlanıb. Bu haqda ShimalNews 26 iyun tarixində “Bizim.Media”ya istinadən məlumat verir.
Hadisə gecə saatlarında Qızılqaya massivində qeydə alınıb. İcra başçısının Xınalıq ərazi nümayəndəliyindən Nəsimi Məmmədov bildirib ki, ərazi yaylağa və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aiddir. Sürüşən torpaq isə Xınalıq çayına axıb.