top
Qubalı şəhid ölümündən öncə adını qanla yerə yazıb
20 yanvar 2023, 15:28
- ↺ +

Qubalı şəhid ölümündən öncə adını qanla yerə yazıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qara Yanvar hadisələrində 3 Quba sakini ağır yaralanaraq əlil olub. İki nəfər isə şəhidlik zirvəsinə ucalıb. Bu haqda ShimalNews 20 yanvar tarixində Bizim.Media-ya istinadən məlumat verir.

“Qardaşım məndən iki yaş balaca idi. Əfqanıstanda hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda tikinti təşkilatlarından birində işə düzəlmişdi. Hər axşam yoldaşları ilə “Salyanskiy” kazarmasının yanına yığışıb, rus imperiyasına qarşı barışmaz mövqelərini bildirirdilər", - deyə qubalı şəhid Elçin Qeybullayevin qardaşı İlqar söyləyib.

Faciə günü Elçin Prezident Aparatının yanına çatanda artıq rus qoşunları şəhərə daxil olmuşdu. O, özünü tankların qarşısına atan izdihamın içində idi.

Qardaşı onu bir çox xəstəxanalarda axtardı və təkrar "Semaşko"ya qayıdanda meyitini tapdı. Güllə sol tərəfindən dəymişdi, həmin yer açıq idi:
“Biz Elçini morqdan götürüb Qubaya gətirdik və doğulduğumuz Küçeyi kənd qəbiristanlığında dəfn etdik".

Qeybullayevlər çoxuşaqlı ailə olublar. 21 yaşlı Elçinin 4 qardaşı və 3 bacısı var idi. Onun Qubada yaşayan kiçik bacısı Samirə Şirinova deyir ki, 20 yanvar günü kəndimizdə toy vardı:

“Anam toyda eşitmişdi ki, Bakıda bu gecə qırğın olub, gəncləri qırıb töküblər. Anamın ürəyinə elə orda danmışdı ki, Elçin də mütləq o odun-alovun içində olacaq. Çünki xasiyyətinə bələd idi. Ana ürəyinə daman, həqiqətən, düz çıxır.

Anam toydan yarımçıq qayıtdı və narahat idi. Axşam qardaşım İlqar gəlib deyəndə ki, Elçin yoxdu, anam elə bərk qışqırdı ki, bütün qonşular səsinə həyətimizə yığışdılar. Anamın qışqırtısı indi də qulağımdan getmir.

Qardaşım İlqar xəstəxanada eşitmişdi ki, yanvarın 19-dan 20-ə keçən gecə şəhid olan Elçin adlı gənc yaralananda öz qanı ilə yerə "Elçin" adını yazıb. Zəhərli güllənin deşdiyi sol qarın boşluğundan axan qan onu şəhid etmişdi".

[caption id="attachment_35337" align="alignnone" width="640"]Qubalı şəhid ölümündən öncə adını qanla yerə yazıb Foto BizimMedia.az[/caption]

[caption id="attachment_35338" align="alignnone" width="640"]Qubalı şəhid ölümündən öncə adını qanla yerə yazıb Foto BizimMedia.az[/caption]

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

Oxşar xəbərlər