Qubanın Zərdabi qəsəbəsindən olan hərbi qulluqçu intihar edib. Bu haqda ShimalNews 19 iyun tarixində xəbər verir.
İyun ayının 17-də Dövlət Sərhəd Xidmətinin Qazax əlahiddə sərhəd diviziyasının baş çavuşu Pərviz Hacıyev odlu silahdan atəş açaraq intihar edib.
Hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi müəyyən olunub.
Pərvizin 28 yaşı var idi, o, həm də Rəvan adı ilə tanınırdı.