top
Qubadan olan 67 yaşlı kişi necə “öldüyünü” danışıb
13 avqust 2022, 15:04
- ↺ +

Qubadan olan 67 yaşlı kişi necə “öldüyünü” danışıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunun Rustov kəndində anadan olan şəxs “öldüyünə” görə vətənə qayıda bilmir. Bu barədə ShimalNews 13 avqust tarixində Qafqazinfo-ya istinadən məlumat verir.

“26 il əvvəl Rusiyaya gəldim. İndi də öz vətənimə qayıtmaq istəyirəm, amma mümkünsüzdür. Səbəb isə mənim guya ölməyimdir”, - deyə 67 yaşlı Abil Zeynalov bildirib.

O, 1996-cı ildə vətəni tərk edib, 2011-ci ildə isə guya Rusiyada öldüyü xəbərini alıb:

“Bura gələndə evli idim. Lakin həyat yoldaşım Azərbaycanda qalası oldu. Bu illər ərzində vətənə qayıtmadım. Burada bir qadınla yaşamağa başladım və müxtəlif işlərdə çalışdım. 2001-ci ildə anam vəfat edəndə ölkəyə gəlmək istəsəm də, yenə alınmadı. 2011-ci ildə isə artıq qəti qərar verdim ki, vətənə qayıdım. Amma məlum oldu ki, mən guya ölmüşəm. Həyat yoldaşım mənim adıma saxta ölüm kağızı çıxartdırıb. Guya mən 2011-ci il oktyabrın 10-da Rusiyanın Xabarovsk vilayətində vəfat etmişəm. Bundan sonra mənim əmlakımı sataraq başqa biri ilə evlənib”.

Zeynalov iddia edir ki, bundan sonra özünün Rusiyada, qardaşının isə Azərbaycanda aidiyyəti qurumlara müraciətləri nəticəsiz qalıb:

“67 yaşım var və artıq öz yurduma qayıtmaq istəyirəm. Atam 98 yaşında qoca kişidir. Onun yanında olmaq istəyirəm, amma hara müraciət etsəm də, alınmır. Hazırda Xabarovsk vilayətindəyəm və işsizəm. Çox xahiş edirəm mənə kömək edin, vətənə qayıdım. Qardaşım kənd bələdiyyəmizə və məhkəməyə müraciət edib. Lakin deyiblər ki, “bizlik deyil”.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanlanıb. Qurum Abil Zeynalovun qardaşı ilə əlaqə saxlanıldığını, lakin məlumatların fərdi olduğuna görə, açıqlama verə bilməyəcəklərini qeyd edib.

Quba rayon Rustov kənd bələdiyyəsinin rəsmisi Aydın Kazımov isə məsələ ilə bağlı bunları dedi:

“Məsələdən xəbərim yoxdur. Onu bilirəm ki, illər əvvəl Rusiyaya gedib və qayıtmayıb. Həyat yoldaşı da başqa biri ilə ailə qurub. Ölüm kağızını da biz verməmişik”.

Zeynalovun ölüm kağızına Quba rayon qeydiyyat şöbəsinin rəisi Kamran İbrahimov imza atıb. Onun sözlərinə görə, bu kağız məhkəmənin qətnaməsinə əsasən hazırlanıb:

“Zeynalov Abil Hacıbaba oğlu barəsində 10 oktyabr 2011-ci ildə Rusiya Federasiyasında vəfat etməsinə dair 2012-ci ildə məhkəmə qətnaməsinə əsasən ölüm faktı müəyyən olunub. Həmin illərdə biz orada işləməmişik və bu barədə məlumat da yoxdur. Lakin biz sənədlərin kökünə baxarkən müəyyən edirik ki, qanunvericilikdə də hüquqi faktların müəyyən olunması var. Yəni məhkəməyə müraciət edərək ölüm faktını müəyyən etdiriblər və buna əsasən qeydiyyat şöbəsinə müraciət ediblər. Bundan sonra ölüm haqqında sənəd açıblar. Ölüm qeydiyyatı hazırda da mövcuddur, ləğv olunmayıb. Bununla bağlı gərək vətəndaş məhkəməyə müraciət etsin. Bundan başqa o, səfirliyimizə və konsulluğumuza da müraciət edə bilər. Etibarnamə göndərməklə də məhkəmədə o qətnaməni ləğv elətdirə bilər. Yəni qanunvericilikdə bu nəzərdə tutulub ki, itmiş, ölüm faktı çıxmış şəxs varsa, həmin adam gələrsə, qeyd olunan məhkəmə qətnaməsi ləğv olunmalıdır”.

[caption id="attachment_22376" align="alignnone" width="300"]Foto Qafqazinfo Foto Qafqazinfo[/caption]

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:30

İş axtaranların diqqətinə: Qusarda 40-dan çox vakansiya

Cəmiyyət
Bu gün, 10:42

Şimal rayonlarında məktəblər qışa hazırdırmı?

Cəmiyyət
Bu gün, 10:16

"Shimal.News" yazdı, ərazi təmizləndi

Faydalı
Bu gün, 09:22

Şimalın 11 rayonunda könüllülər axtarılır – Müraciət üçün son gün

Cəmiyyət
Bu gün, 09:07

Qubada liseyin qarşısından keçən elektrik xətti təhlükə yaradır

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
Dünən, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Cəmiyyət
Dünən, 17:40

Xaçmazlılara ŞAD XƏBƏR: bu yol təmir edildi

Cəmiyyət
Dünən, 16:43

Məşhur filmin çəkildiyi dəyirman uçub

Cəmiyyət
Dünən, 15:40

Şabranın kəndinə giriş yolu belədir

İdman
Dünən, 14:40

Qubanı təmsil edəcək "Vətən Naminə"nin Region Liqasındakı rəqibləri bəlli olub

Cəmiyyət
Dünən, 13:40

Xaçmazın asfaltsız yolu, köhnə dirəkləri olan kəndi

Hadisə
Dünən, 12:50

Qubalı alim Maqsud Babayev vəfat edib

Hadisə
Dünən, 12:25

İsmayıllıda da zəlzələ oldu

Hadisə
Dünən, 11:40

Xaçmazda zəlzələ oldu

Cəmiyyət
Dünən, 11:36

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edildi

Cəmiyyət
Dünən, 11:35

Anar Bayramov səhiyyə naziri təyin edilib

Bütün xəbərlər
Dünən, 11:30

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Cəmiyyət
Dünən, 11:20

Zaqatalada itkin düşən 79 yaşlı kişi kameraya düşüb

Hadisə
Dünən, 11:01

Şamaxıda 7 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəmiyyət
Dünən, 10:27

Şimalda güclü külək əsir, yağış gözlənilir

Cəmiyyət
Dünən, 10:00

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Oxşar xəbərlər