Qubada H.Əliyevə həsr olunan sərgi baş tutub. Bu barədə ShimalNews 20 iyul tarixində Quba rayon Heydər Əliyev Mərkəzinə istinadən məlumat verir.
Qonaqlar sırasında Fövqəladə və Səlahiyyətli Səfir tarix elmləri doktoru AMEA Fəlsəfə İnstitutunun direktor müavini Eynulla Mədətli, Azərbaycan şairi, “Mətbuatyayımı” İdarəsinin müdiri Ramiz Qusarçaylı, tarix elmləri doktoru professor AMEA Tarix İnstitutunun şöbə müdiri Şahin Fazil olublar.
Burada onlara həm Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin siyasi irsi ilə bağlı, həm də onun tanınmış ziyalılar, mədəniyyət xadimləri ilə görüşlərində çəkilmiş fotoşəkillər təqdim olunub.