Quba rayonunda yanğın zamanı 4 nəfər xəsarət alıb. Bu haqda 13 iyun tarixində ShimalNews Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə Dərk kəndində qeydə alınıb. Ümumi sahəsi 100 kv.m ev və ona bitişik 40 kv.m tövlə yanıb.
Əraziyə FHN əməkdaşları cəlb ediliblər.