Quba rayonu ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib. Bu barədə ShimalNews 23 sentyabr tarixində xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları “Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində növbəti nəzarət tədbirləri keçiriblər. Nəticədə Xanəgah kənd sakini Sadıq Quliyev və Girdah kənd sakini Babək Nuriyev qanunu pozduğları üzə çıxıb. Onlar barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv edilib.