Quba rayonunda intihara cəhd hadisəsi baş verib.
“7Times.az” xəbər verir ki, 19 yaşlı Emiliya Kərimli kütləvi halda dərman pereparatlarını qəbul edərək intihara cəhd edib. O, Quba Müalicə Diaqnostika mərkəzinə çatdırılıb və həkimlər onun həyatını xilas edib.
Hadisə 1-ci Nügədi kəndində baş verib. Bildirilir ki, Emiliya Kərimli əri tərəfindən döyüldüyünə görə bu addımı atıb.