Qubada “Tullantısız Dünya” proqramı təşkil ediləcək. Bu haqda ShimalNews 10 noyabr tarixində Tullantısız Dünyaya istinadən məlumat verir.
Qlobal proqramın məqsədi ölkəmizdə plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması üçün toplanaraq təkrar emala yönləndirilməsi və eləcə də bu istiqamətdə əhalinin məlumatlılığının artırılmasıdır.
Proqram "Coca-Cola" Fondunun dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli icra hakimiyyətlərinin əməkdaşlığı ilə icra olunur.