UNICEF-in Azərbaycandakı Nümayəndəliyi və TƏBİB-in birgə əməkdaşlığı ilə Quba rayonunda patronaj xidmətinin monitorinqi keçirilib. Bu barədə ShimalNews 29 iyun tarixində Aztibb.az-a istinadən məlumat verir.
Patronaj xidməti - fiziki qüsurlu insanlara, yaşlılara yaxud reabilitasiya zamanı xəstələrə göstərilən yardım xidmətidir.
Monitorinq məqsədilə UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbər müavini Vilyam Abi Abdallah və Səhiyyə və qidalandırma proqramının rəhbəri Töhfə Cəmilova TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova ilə birgə Neonatal skrininq proqramının icrasına və Quba Regional Perinatal Mərkəzinin “Körpə Dostu Klinikası”na baxış keçiriblər.
Səfər çərçivəsində patronaj xidməti göstərən tibb bacılarına ilkin tibbi yardım çantaları paylanılıb.