Quba rayonunun Zərdabi qəsəbəsində elektrik enerjisinin talanması halı aşkarlanıb. Bu barədə ShimalNews 17 avqust tarixində “Azərişıq” ASC-yə istinadən məlumat verir.
Sayğaclara aylıq baxış zamanı marketlərin birində sayğaca kənar xəttin daxil olduğu aşkarlanıb.
“Azərişıq” ASC-dən bildirilib ki, elektrik verilişi xətlərinə uçotdankənar qoşulmalar səbəbindən xətlər həddindən artıq yüklənir. Nəticədə həmin xətlər boyunca elektrik enerjisinin keyfiyyəti azalır və gərginlik aşağı həddə düşür.