Qubada "Coğrafiya Ulduzu - 2" adlı tədbir keçirilib. Bu barədə ShimalNews 21 iyul tarixində “Quba Yenikənd Forever” facebook səhifəsinə istinadən məlumat verir.
Heydər Əliyevin xatirəsinə həsr olunan mərasimi Yenikənd kənd M.Ağayev adına tam orta məktəbinin coğrafiya müəllimi Günay Şirinova təşkil edib. Tədbir çərçivəsində məktəblilər müxtəlif maraqlı səhnəciklərdə və yarışlarda iştirak ediblər.
"Coğrafiya Ulduzu-2"ni keçirməkdə məqsəd şagirdlərin coğrafiya istiqamətində marağını artırmaqdır.