top
Qubada dələduzluq hadisəsi baş verib - TƏFƏRRÜATLAR
24 fevral 2025, 16:40
- ↺ +

Qubada dələduzluq hadisəsi baş verib - TƏFƏRRÜATLAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubada müəllim işləyən qadından dələduzluq yolu ilə 7500 manat pul alınıb.

Sumqayit24.аz-ın məlumatına görə, hadisənin istintaqı Quba Rayon Məhkəməsində keçirilib.

Təqsirləndirilən Aysel Nəcəfova (ad şərtidir) 1969-cu ildə Xaçmaz rayonunda doğulub. O, Günel Quliyevanı (ad şərtidir) Elm və Təhsil Nazirliyində işləyən vəzifəli tanışı olduğuna inandırıb. Daha sonra sertifikasiya imtahanından qadını problemsiz keçirə biləcəyini deyib və bunun müqabilində ondan pul alaraq dələduzluq edib.

Məhkəmədə Aysel Nəcəfovaya Azərbaycan Respublikası CM-nin 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilib. O, ifadəsində özünü qismən təqsirli bilib:

“Sumqayıt şəhəri 29 №-li tam orta məktəbdə riyaziyyat-informatika müəllimi işləyirəm. Həmçinin Elm və Təhsil Nazirliyinin xətti ilə keçirilən təlim kurslarında da təmilçi olaraq çalışıram. Günel ilə 2014-cü ildə nazirliyin keçirdiyi regional təlim kurslarında tanış olmuşduq. Münasibətimiz yaxşı olduğu üçün həmin ilin avqust ayında onun evində qonaq oldum.

2022-ci ildə Günel nazirliyin sertifikasiya imtahanından kəsildikdən sonra mənə zəng edərək kömək istədi. Lakin kömək edə bilməyəcəyimi dedim. Bir il sonra bu kömək istəyi təkrarlandı. Bu dəfə Günelə kömək edə biləcəyimi, imtahanda düşə biləcək mümkün çərçivə suallarını və düzgün cavabları ona verəcəyimi bildirdim. Görəcəyim işə qarşılıq müəyyən məbləğ pul aldım. Günelə imtahandan keçirəcəyim vədini verməmişəm. Ona dəymiş olan bütün ziyanı ödəmişəm”.

Daha sonra zərərçəkmiş Günel Quliyeva məhkəmədə ifadə verib:

“2007-ci ildən Qubanın Vladimirovka kəndində yerləşən İbrahim Hümmətov adına tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq işləyirəm. 2022-ci ildə sertifikasiya imtahanından kəsildiyim üçün müəllim kimi işdən kənarlaşdırıldım. Növbəti ilin avqust ayında bütün orta məktəb müəllimləri üçün sertifikasiya imtahanları keçirilirdi. Həmin imtahandan keçməyi arzulayırdım. Aysel ilə telefonda danışanda imtahandan keçməyə kömək edə biləcəyini dedi. O, nazirlikdə vəzifəli adamı olduğunu, həmin adamın əli ilə sertifikasiya imtahanlarının suallarını və düzgün cavablarını götürüb mənə verə biləcəyini bildirdi. Bunun müqabilində 7500 manat pul istədi. Mən də pulu hazırlayıb ona təqdim etdim. Pulu Aysel götürəndə imtahana 2 gün qalmışdı.

Səhəri gün Aysel “WhatsApp” vasitəsilə “PDF’lə imtahan suallarını və onların düzgün cavablarını atdı. Bundan sonra imtahandan keçəcəyimə arxayın oldum. Lakin verdiyi cavab və suallarla imtahandakılar eyni olmadı, kəsildim. Ayselə zəng edib pulu tələb edəndə çox sərt reaksiya bildirdi. “Hara istəyirsənsə, get, şikayət et. Mənim sənə verəsi pulum yoxdur. Mənim arxam sağlamdır. Məni himayə edən çoxlu vəzifəli adamlar var. Əgər sənin şikayətinlə məni polisə çağırsalar, ümumiyyətlə deyəcəm ki, səni tanımıram” – deyə  bildirdi. Mən də polis bölməsinə şikayət etdim. Dəyən ziyan tam ödənildiyi üçün heç bir şikayətim yoxdur”.

Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Aysel Nəcəfovanı cinayət üzrə təqsirli bilib. Lakin maddi ziyan ödənildiyi və şikayətin olmadığı üçün məsuliyyətdən azad edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

Oxşar xəbərlər