Qubada monitorinq zamanı “Aynur” İstirahət Mərkəzində qanun pozuntusu faktı aşkar edilib. Bu barədə ShimalNews 28 iyul tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, adıçəkilən məkanın ətrafında məişət tullantılarının qalaqlanaraq yandırılması müəyyən edilib.
Sanitariya-gigiyena qaydalarını pozan mərkəzin iş icraçısı İlqar Dadaşov cərimələnib.