top
Qubada atanın qətlə yetirdiyi oğlu narkotik aludəçisi olub - TƏFƏRRÜATLAR
19 noyabr 2022, 17:07
- +

Qubada atanın qətlə yetirdiyi oğlu narkotik aludəçisi olub - TƏFƏRRÜATLAR

Quba rayonunda atanın 35 yaşlı oğlunu qətlə yetirməsinin təfərrüatı məlum olub. Bu barədə ShimalNews 19 noyabr tarixində Qafqazinfo-ya istinadən məlumat verir.

Mayın 2-si 65 yaşlı Nüsrət Vahabov mübahisə zamanı oğlunu öldürmüşdür. O, Sərraf Vahabovu ürəyindən bıçaqla vurmuşdur.

Həmin gün Nüsrət Vahabov evə sərxoş vəziyyətdə qayıdıb və bazardan aldığı əti doğramağa başlayıb. Bu zaman oğlu Sərraf Ramazan bayramı günü spirtli içki qəbul etməsi ilə əlaqədar atasına irad tutub. Nəticədə tərəflər arasında ciddi mübahisə yaşanıb.

Məhkəməyə ifadə verən N.Vahabov bildirib ki, oğlu narkotik aludəçisi olub:

“Hadisə günü bazardan evə gəlib aldıqlarımı mətbəxə yerləşdirən vaxt oğlum da eyvanın digər tərəfində idi. Daha sonra oğlum yanıma gəldi, həmin vaxt gözləri qızarmışdı. Bir anda Sərraf başıma vurdu, başım qanadı. Qanı yumaq üçün çölə çıxanda arxadan gəlib kürəklə məni vurmağa başladı. Hər yerim yaralanmışdı. Oğlumun əlindən qurtulmaq üçün evin eyvanına tərəf getdim, bu zaman Sərraf da arxamca gəldi. Oğlum üzərimə gələn vaxt bıçaq ona batdı. Bütün bunlar iki dəqiqə ərzində baş verdi. Hər gün 200 qram araq içirdim, hadisə vaxtı evdə ikimizdən başqa heç kim yox idi. Onun ağır yaralandığını da bilməmişəm. Hadisədən sonra elə orada gözlədim, polislər gəldikdən sonra isə onlarla birlikdə getdim, əməlimdən çox peşmanam”.

Məhkəmədə mərhumun həyat yoldaşı da ifadə verib. O bildirib ki, əri narkotik, qayınatası isə spirtli içki aludəçisi olub. Qadının sözlərinə görə, Sərraf Vahabov narkotik maddələrin təsiri altında dəfələrlə həm onu, həm də ailə üzvlərini döyüb, anasından isə məcburi pul alıb.

Məhkəmədə şahid qismində dindirilmiş Çeşminaz Vahabova isə bildirib ki, hadisə günü evə daxil olan zaman oğlu ilə ərinin dalaşdığını görüb, lakin Sərrafın necə bıçaqlandığının şahidi olmayıb:

“Sadəcə gördüm ki, oğlum ürəyini tutub. Sərraf mənə “Ana, atam məni ürəyimdən vurdu” dedi. Onun barmaqlarının arasından qan gəldiyini görüb suyu Sərrafın üzərinə tökdüm, dedim ki, qorxmasın, ona heç nə olmayacaq. Təcili tibbi yardıma zəng etmək ağlıma gəlmədi, çağırış edəndə isə artıq gec idi. Sərraf atası Nüsrətə çox zülm edirdi, buna görə də Nüsrət ona dəfələrlə “Mənə bu qədər zülm eləmə, səni göndərəcəm” deyirdi, yəni polisə şikayət edəcəyini bildirirdi. Bunu dediyi zaman isə Sərraf atasının boynundan yapışıb ona əziyyət verirdi”.

Məhkəmənin qərarına görə, N.Vahabov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:10

Quba məktəbliləri sülhü "rəngləndirdilər"

Cəmiyyət
Dünən, 16:19

Qəbələdə qədim şəhərin Qala ərazisində saray tipli bina aşkarlanıb

Cəmiyyət
Dünən, 15:41

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı: "Kim tənqid edir, özü bilər"

Cəmiyyət
Dünən, 15:06

Şimalda Anım Gününə həsr olunan qanvermə aksiyası keçiriləcək

Cəmiyyət
Dünən, 14:00

Xaçmaz RİH-də kadr dəyişikliyi

Cəmiyyət
Dünən, 13:10

Pensiyalar sabah tam ödəniləcək

Hadisə
Dünən, 12:25

Qusarlı gənc dənizdə batıb

Hadisə
Dünən, 12:05

Ağdaşda tanınan iş adamının nəvəsi qadını yaralayıb

Hadisə
Dünən, 11:07

Xızıda qohumunu bıçaqlayan şəxs azadlığa buraxıldı

Cəmiyyət
Dünən, 10:16

Quba-Xaçmaz yolunda yeni nişanlanma xətti narazılıq yaradıb

Hadisə
Dünən, 09:25

Oğuzlu 23 yaşlı gənc iş yoldaşını bıçaqladı

Hadisə
20 sentyabr 2026, 16:16

500 manatlıq oğurluqdan sonra toyuq "əməliyyatı": Şabranda maraqlı hadisə

Cəmiyyət
20 sentyabr 2026, 00:01

Azərbaycanın Şanlı Zəfəri – Dövlət Suverenliyi Günü qeyd olunur

Cəmiyyət
19 sentyabr 2026, 19:15

Bu günün tarix yazanları - Şimallı şəhidlərimiz

Siyasət
19 sentyabr 2026, 18:01

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

İdman
19 sentyabr 2026, 17:04

Qusarlı idmançı: "Sürücü işləyirəm, amma təslim olmuram"

İqtisadiyyat
19 sentyabr 2026, 16:10

Günəbaxan əkinlərinə dəyən zərərə görə 235 min manat sığorta ödənişi edilib

Cəmiyyət
19 sentyabr 2026, 15:10

Xaçmazın illərdir təmir gözləyən kənd yolları

Cəmiyyət
19 sentyabr 2026, 14:20

Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM

Cəmiyyət
19 sentyabr 2026, 13:10

Qubada məscid dağılmaq üzrədir: təmirə isə icazə verilmir

Cəmiyyət
19 sentyabr 2026, 12:20

Şəkidə selə qarşı hazırlıq başladı

Cəmiyyət
19 sentyabr 2026, 11:23

Bir sutkada qazanılan tarixi Zəfər

Cəmiyyət
19 sentyabr 2026, 10:20

Özbəkistanlı qadın xaçmazlı kişidən şikayətçidir: "TikTok"da tanıdım, hamilə qaldım, pul aldı

Hadisə
19 sentyabr 2026, 09:21

Qax səhəri qəza ilə açdı: 4 nəfər yaralandı

Oxşar xəbərlər