Qubanın Muçu kəndində intihar hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 22 iyul tarixində Report-a istinadən xəbər verir.
Məlumata görə, 18 yaşlı Adgözəl Camərdov yaşadıqları evin həyətində özünü asıb. Cəsəd dülgər sexi kimi istifadə olunan tikilidə kəndirlə asılı vəziyyətdə anası tərəfindən tapılıb.
Faktla bağlı araşdırma aparılır.
A.Camərdov Şirvan Dövlət və Humanitar Kollecinin III kurs tələbəsi olub.