Qubanın Alpan kəndi ərazisində yabanı halda bitmiş 4 ton 250 kiloqram çətənə kolları aşkar edilib. Bu barədə ShimalNews 19 iyun tarixində DİN-ə istinadən məlumat verir.
Rayon Polis Şöbəsi əməkdaşları “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçiriblər. Nəticədə 3760 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.