Qubanın Zərdabi qəsəbəsində 17 yaşlı gənclərin mübahisəsi bıçaqlanma ilə nəticələnib.
Bizim.Media xəbər verir ki, yeniyetmələrdən biri qarın nahiyəsindən 2 bıçaq zərbəsi alıb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyat olunub. Həyatı həkimlərin səyi ilə xilas edilib.
Faktı Quba rayon polis şöbəsi araşdırır. Əməli törədməkdə şübhəli bililən şəxs saxlanılıb.