Qubada yerləşən 15 qum-çınqıl yatağının sahibi "HOLCİM” şirkəti olub. Bu barədə ShimalNews 6 iyul tarixində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
Tender nəticəsində “Qonaqkənd” (73 ha), “Qoxmazoba” (8 ha) yataqları istifadəyə verilib.
Eləcə də İsmayıllı rayonunda yerləşən “Bilistan-II” (5 ha), “Təzəkənd” (5 ha), “Göyçay-I” (5 ha) və Şabran rayonunda “Dəvəçiçay” (1,8 ha) yataqları fərqli şirkətlərə satılıb.