Qubada ticarət obyektlərində Qida Təhlükəsizliyi Agentliyi monitorinqlər keçirilib. Bu barədə ShimalNews 25 noyabr tarixində agentliyə istinadən məlumat verir.
Yoxlama nəticəsində Ə.Nərimanov küçəsində yerləşən "Vüsal" marketində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi faktı aşkar edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.