Bu gün Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən başçının birinci müavini Tariyel İbrahimov səyyar qəbul keçirib. Bu haqda ShimalNews 7 iyul tarixində RİH-yə istinadən məlumat verir.
Talabıqışlaq kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların qəbulunda rayon prokuroru, rayon Polis şöbəsinin rəis müavini, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.