Qubanın Uzunmeşə kəndində yanğın hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 15 iyul tarixində xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, ümumi sahəsi 10 kv.m olan hamamın dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqda sahəsi 12 kv.m olan vaqonun içərisində 2 kv.m sahədə məişət tullantıları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.