Qubada əhalinin səyyar tibbi müayinələri davam edir. Bu haqda ShimalNews 2 may tarixində məlumat verir.
Mərkəzi Xəstəxananın həkim və tibb işçilərindən ibarət briqada Talabıqışlaq kəndində olacaq. Səyyar qəbul mayın 5-də saat 9:00-dan etibarən başlayacaq.
Müraciət edənlərin üzərində şəxsiyyət vəsiqəsi olmalıdır.