Qubanın Qarxun kəndində seldən sonrakı fəsadlar sakinlər üçün çətinliklər yaradıb. Bu barədə ShimalNews 7 iyul tarixində Xəzər TV-yə istinadən məlumat verir.
Kənd evlərinə, həyətlərə su və lil qatı dolub. Yolları, bostanları və təsərrüfatları sel yuyub aparıb.
Rayon ərazisində texnikalar ümumi yolu təmizləsə də, kənd sakinlərinin daxili məhəllə yollarına növbə çatmayıb.
Quba rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən Tariyel İbrahimov bildirib ki, hava şəraiti düzələn kimi kəndə texnikalar göndəriləcək.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/07/Qubanin-bu-kandi-yagis-yagmamasi-ucun-DUA-EDIR.mp4"][/video]