Qubanın Zərdabi qəsəbəsində intihar hadisəsi baş verib. Bu barədə ShimalNews 24 iyul tarixində xəbər verir.
Hadisə iyulun 23-ü səhər saatlarında qeydə alınıb. 83 yaşlı qəsəbə sakini Paşa Piriyev yaşadığı evin həyətində özünü asıb.
Araşdırma aparılır.
Əldə olunan məlumata görə, Paşa Qubadan olan şəhid leytenant Səttər Piriyevin babası idi.