Qubanın icra başçısı İlqar Mahmudov təbii fəlakətin yaratdığı fəsadlarla tanış olub. Bu haqda ShimalNews 25 iyun tarixində məlumat verir.
Cağacuq çayında suyun səviyyəsinin artması nəticəsində rayonun Rustov və Xanəgah kəndlərində sel sularının yaratdığı fəsadlar və onların aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanışlıq olub.
Bildirilib ki, rayon üzrə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar komissiya və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.