Qubanın icra başçısı İlqar Mahmudov Qımıl kənd sakinləri ilə görüşüb. Bu barədə ShimalNews 20 sentyabr tarixində Rayon İcra Hakimiyyətinə (RİH) istinadən məlumat verir.
Tədbirdə rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, Ağsaqqallar Şurasının sədri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qımıl kənd sakinləri tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
Qəbuldan sonra İ.Mahmudov Alimşah Tahirov adına Qımıl kənd tam orta məktəbinin mövcud vəziyyəti ilə tanış olub.
Sonra icra başçısı kənd qəbiristanlığında Alimşah Tahirovun və Nuran Mirzəyevin məzarlarını ziyarət edib. Onların ailə üzvləri ilə görüşərək qayğıları ilə maraqlanıb.